11 aprel 2026
Aprelin 11-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə 43 əməkdaş (32 kişi və 11 qadın) iştirak edib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi) yarışın qalibi olub. İlahə Ələkbərova (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ikinci, Aysel Səfərova (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) üçüncü yerə layiq görülüblər.
Kişilər arasında Teyyub Məmmədov (Ali Məhkəmə) birinci olub. Bəhruz Quliyev (“AzerGold” QSC) yarışı ikinci, Coşqun Mütəllimov (Ali Məhkəmə) isə üçüncü pillədə başa vurublar.
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiŞahmat
8 aprel 2026
Respublika Şahmat Mərkəzi