6 sentyabr 2026
Sentyabrın 6-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib. Veloparkda təşkil olunan yarışda 8 dövlət qurumunun nümayəndələri mübarizə aparıblar.
İştirakçılar velosiped idmanının fərdi ötüşmə növü üzrə yarışıblar. Kişilər arasında Pərviz Aslanov (“AzerGold” QSC) ən yaxşı nəticə ilə birinci yeri tutub. Cavid Xəlilov (Fövqəladə Hallar Nazirliyi) ikinci, Rüstəm Rüstəmov (SOCAR) isə üçüncü yerə layiq görülüblər.
Qadınlar arasında Leyla Əliyeva (FHN) birinci, İlkanə Qasımova (Xarici İşlər Nazirliyi) ikinci, Sevda Verdiyeva (FHN) isə üçüncü pillədə qərarlaşıblar.
Fərqlənən iştirakçılar medal, diplom və hədiyyələrlə təltif ediliblər.
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman AkademiyasıŞahmat
8 aprel 2026
Respublika Şahmat Mərkəzi