Dövlət qurumları arasında IV minifutbol turnirinin püşkü atılıb

19 noyabr 2025

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin püşkü atılıb. Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçirəcəyi turnirə noyabrın 22-də start veriləcək. Püşkə əsasən, 45 dövlət qurumunun komandalarının yer aldığı qruplar aşağıdakı kimi müəyyənləşib.