8 may 2026
Mayın 7-də Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinə yekun vurulub.
Bakı Tennis Akademiyasında keçirilən yarışda əvvəlcə üçüncü yer uğrunda oyun baş tutub. Ədliyyə Nazirliyi və Baş Prokurorluğun komandaları arasında keçirilən gərgin qarşılaşma Ədliyyə Nazirliyinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komanda turnirin bürünc medalına sahib çıxıb.
Bədii hissədə breykdans və kapoeyra üzrə nümunəvi çıxışlar təqdim olunub, Mərdan Kazımovun ifasında musiqi nömrələri səsləndirilib.
Turnirin final oyununda SOCAR və “Azərişıq” ASC komandaları üz-üzə gəlib. SOCAR komandası rəqibini 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.
Turnir mükafatlandırma mərasimi ilə yekunlaşıb. Finalı yüksək səviyyədə idarə etdikləri üçün oyunun hakimlərinə, eləcə də turnirin ən yaxşı oyunçusu Elnur Hüseynova (SOCAR) mükafatları gənclər və idman naziri Fərid Qayıbov verib.
Ən çox qol vuran oyunçu Məhəmməd Hacıyevə (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) mükafatı SOCAR-ın aparat rəhbəri Hafiz Zeynalov, ən yaxşı qapıçı Ələddin Calalova (Ədliyyə Nazirliyi) isə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.
Turnirin bürünc medalçısı olan Ədliyyə Nazirliyinin komandasına mükafatları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ikinci yeri tutan “Azərişıq” ASC komandasına isə mükafatları qurumun sədri Vüqar Əhmədov təqdim ediblər.
Turnirin qalibi olan SOCAR komandasına isə kubok və qızıl medalları Azərbaycan Minifutbol Federasiyasının prezidenti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov təqdim edib.
Son xəbərlər
30 aprel 2026
Finalçılar müəyyənləşib
26 aprel 2026
IV minifutbol turnirinin finalçıları məlum olub
22 aprel 2026
Yarımfinala vəsiqə qazanmış komandalar məlum olub
16 aprel 2026
1/4 finala vəsiqə qazanmış komandalar məlum olub
17 mart 2026
İkinci mərhələnin qrup oyunlarına vəsiqə qazanmış komandalar məlum olub
23 fevral 2026
İlkin mərhələnin pley-off oyunlarına vəsiqə qazanan komandalar məlum olub
22 noyabr 2025
IV minifutbol turnirinə start verildi
19 noyabr 2025
Dövlət qurumları arasında IV minifutbol turnirinin püşkü atılıb
7 may 2025
