22 noyabr 2025
Noyabrın 22-də Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinin açılış mərasimi keçirilib. Bakı Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb.
Azərbaycan Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov çıxış edərək bütün komandalara uğurlar arzulayıblar.
Daha sonra videoçarx nümayiş olunub, ardınca taekvondo, akrobatika gimnastikası və futbol fəndləri üzrə nümunəvi çıxışlar təqdim olunub.
Turnir açıq elan edildikdən sonra ilk turun oyunu keçirilib. Müdafiə Nazirliyi ilə Ədliyyə Nazirliyi qarşılaşıblar. Oyun Ədliyyə Nazirliyinin (3:1) qələbəsi ilə başa çatıb.
Son xəbərlər
8 may 2026
Dövlət qurumları arasında IV minifutbol turnirinə yekun vurulub
30 aprel 2026
Finalçılar müəyyənləşib
26 aprel 2026
IV minifutbol turnirinin finalçıları məlum olub
22 aprel 2026
Yarımfinala vəsiqə qazanmış komandalar məlum olub
16 aprel 2026
1/4 finala vəsiqə qazanmış komandalar məlum olub
17 mart 2026
İkinci mərhələnin qrup oyunlarına vəsiqə qazanmış komandalar məlum olub
23 fevral 2026
İlkin mərhələnin pley-off oyunlarına vəsiqə qazanan komandalar məlum olub
19 noyabr 2025
Dövlət qurumları arasında IV minifutbol turnirinin püşkü atılıb
7 may 2025
