4 mart 2024
Dövlət qurumları arasında nərd yarışı təşkil edilib
"İdman həftəsi" çərçivəsində nəzərdə tutulmuş silsilə tədbirlər davam edir. Martın 4-də dövlət qurumlarının əməkdaşları arasında nərd yarışı keçirilib. Gənclər və İdman Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 35 dövlət qurumundan 42 əməkdaş (12 qadın, 30 kişi) iştirak edib.
Yekun nəticələrə görə qadınlar arasında Lətifə Məmmədova (Medianın İnkişafı Agentliyi), Aysel Ağayeva (Elm və Təhsil Nazirliyi), Samirə Cəfərova (SOCAR) ilk üçlükdə qərarlaşıblar. Kişilər arasında Tural Gözəlov (Maliyyə Nazirliyi) birinci olub. Nuhi Hüseynov (Respublika Dəri-Zöhrəvi Mərkəzi) və Kamil İlyasov (AZAL) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Mərhələlər üzrə nəticələrlə buradan tanış ola bilərsiniz:
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası