Stolüstü tennis

1-2 mart 2024

Dövlət qurumları arasında stolüstü tennis yarışı təşkil edilib

 

Martın 1-2-də "İdman həftəsi" çərçivəsində dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa" İdman Kompleksində keçirilən yarışda ümumilikdə 60 əməkdaş - 17 kişi və 43 qadın olmaqla 21 komanda mübarizə aparıb.

Yekun nəticələrə görə qadınlar arasında SOCAR (Svetlana Kayumova, Samirə Cəfərova, Nərgiz Daşdəmirova) birinci olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Qumru Həsənova, Fərəh Babayeva, Aygün Səfərova) və İqtisadiyyat Nazirliyi (Naibə Mursakulova, İlahə İbrahimli, Həmidə Əsədova) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Kişilər arasında isə Fövqəladə Hallar Nazirliyi (Əli Bayramov, Vüqar İbrahimov, Tofiq Rzayev) yarışın qalibi olub. SOCAR (Valeh Musayev, Süleyman Alimov, İftixar Məhərrəmov) ikinci, Dövlət Gömrük Komitəsi (Şamil Emçiyev, Sunay Həmzəyev, Vüqar Orucov) isə üçüncü yeri tutublar.

 

Mərhələlər üzrə nəticələrlə buradan tanış ola bilərsiniz: 🔗