3 mart 2024
Dövlət qurumları arasında voleybol yarışı keçirilib
“İdman həftəsi” çərçivəsində martın 3-də dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində təşkil olunan yarışda 9 dövlət qurumundan 14 komanda (8 kişi, 6 qadın) mübarizə aparıb.
Azərbaycan Dövlət Himni səsləndirildikdən sonra yarışlara start verilib. Oyunlar olimpiya sistemi ilə keçirilib. Daha sonra yarımfinal və final görüşləri baş tutub. Yekun nəticələrə əsasən kişilər arasında Fövqəladə Hallar Nazirliyi birinci olub. İkinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və AZAL-ın komandaları layiq görülüblər. Qadınlar arasında isə SOCAR, Dövlət Gömrük Komitəsi və AZAL fərqləniblər.
Bağlanış mərasimində Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov çıxış edərək mükafatçıları təbrik edib. Daha sonra qaliblər mükafatlandırılıb.
Mərhələlər üzrə nəticələrlə buradan tanış ola bilərsiniz:
Digər turnirlər
Voleybol
4 may 2026-cı il
Bakı Voleybol MərkəziBasketbol
2-3 may 2026-cı il
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18-19 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman AkademiyasıŞahmat
8 aprel 2026
Respublika Şahmat MərkəziAtletika
12 mart 2026
Bakı Atletika MərkəziMinifutbol
22 noyabr 2025 - 7 may 2026
Üzgüçülük
24 fevral 2026
Su İdmanı SarayıStolüstü tennis
2 fevral 2026
