30 mart 2024
Dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib
Martın 30-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib. Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışın yekun nəticələrinə görə qadınlar arasında uzunluğa tullanmada Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Ümidə Məcmunlu birinci olub. Gənclər və İdman Nazirliyinin əməkdaşları Aysu Kərimzadə və Fəzilə Ağayeva isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov və Elvin Əlixanov (hər ikisi Ədliyyə Nazirliyi) ilk üçlükdə qərarlaşıblar.
Qadınlar arasında 60 metr məsafəyə qaçışda İlahə Çələbiyeva (GİN) birinci yerə layiq görülüb. Ümidə Məcmunlu (Kənd Təsərrüfatı Nazirliyi) ikinci, Ləman Niyazlı isə (SOCAR) üçüncü pillədə qərarlaşıblar. Kişilər arasında Elvin Əlixanov (Ədliyyə Nazirliyi), Yevgeniy Kasilov (Fövqəladə Hallar Nazirliyi), Ümmət Cəfərov (Ədliyyə Nazirliyi) fərqləniblər.
Qadınlar arasında 400 metr məsafəyə qaçışda İlahə Çələbiyeva, Fəzilə Ağayeva, Aysu Kərimzadə (hər üçü GİN) ilk üçlükdə qərarlaşıblar.
Kişilər arasında 800 metr məsafəyə qaçışda Dövlət Gömrük Komitəsinin əməkdaşı Samir Hüseynov birinci olub. Cəlal Süleymanov və Əli Hacıyev (hər ikisi FHN) yarışı ikinci və üçüncü pillədə başa vurublar.
Sonda keçirilən 4x200 estafet yarışında Gənclər və İdman Nazirliyi birinci, SOCAR ikinci yerə layiq görülüblər.
Bütün nəticələrə buradan baxa bilərsiniz:
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası