18 may 2024
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
Mayın 18-də dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 8 dövlət qurumundan 20 əməkdaş (14 kişi, 6 qadın) iştirak edib.
Yekun nəticələrə görə kişilər arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Elvin Məmmədov birinci olub. Gənclər və İdman Nazirliyinin əməkdaşı Ramil Cabbarov yarışı ikinci, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Babək Fətullazadə isə yarışı üçüncü pillədə başa vurublar.
Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Aysel Kazımova birinci yeri tutub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Günel İsmayılova və FHN-in əməkdaşı Əzizə Lalayeva müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Bütün nəticələrlə buradan tanış ola bilərsiniz_
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası