7 iyun 2024
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib
İyunun 7-də dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 9 dövlət qurumundan 29 əməkdaş (23 kişi, 6 qadın) iştirak edib.
Kişilərin fərdi yarışında SOCAR-ın əməkdaşı Ehtibar Əsədov finiş xəttinə birinci çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Əli Dadaşov yarışı ikinci, SOCAR-ın digər əməkdaşı Elşad Kərimov isə üçüncü pillədə başa vurublar.
Qadınlar arasında Gənclər və İdman Nazirliyinin (GİN) əməkdaşı İlahə Çələbiyeva birinci olub. Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları Janna Məmmədova və Tatyana Srebnaya müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər.
Qarışıq komanda yarışında SOCAR-ın əməkdaşları Ehtibar Əsədov və İlahə Hacıyeva cütlüyü ən yaxşı nəticə ilə birinci olub. Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları Mikayıl Protasov və Janna Məmmədova dueti ikinci, Hüseyn Quliyev və Rəna Əliyeva (GİN) ikilisi isə üçüncü yeri tutublar.
Kişilərin komanda yarışında Gənclər və İdman Nazirliyinin əməkdaşları Hüseyn Quliyev və Salman Quliyev (GİN) qalib olublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Əli Dadaşov və Əliağa İbadullayev dueti ikinci, SOCAR-ın təmsilçiləri Ehtibar Əsədov və Elşad Kərimov cütlüyü isə üçüncü olublar.
Bütün nəticələrlə buradan tanış ola bilərsiniz_
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası