29 iyun 2024
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib
İyunun 29-da dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 13 dövlət qurumundan 29 əməkdaş (15 kişi, 14 qadın) iştirak edib.
Kişilərin yarışında AZƏRTAC-ın əməkdaşı Hikmət Əhmədov birinci olub. Elnur Məmmədov (Gənclər və İdman Nazirliyi) və Rafiq Mahmudov (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Əzizə Lalayeva birinci olub. Mədinə Mahmudova (Medianın İnkişafı Agentliyi) yarışı ikinci, Ülviyyə Hacıyeva (Gənclər və İdman Nazirliyi) üçüncü pillədə başa vurublar.
Bütün nəticələrlə buradan tanış ola bilərsiniz:_
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası