28-29 sentyabr 2024
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib
Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib. Bulvar ərazisində təşkil olunan yarışda kişilər və qadınlar ayrılıqda bir nəfərlik qayıqda (K-1) kişi cütlüklər və qarışıq cütlüklər halında iki nəfərlik qayıqda (K-2) yarışıblar.
K-1 kateqoriyası üzrə kişilər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Rüfət Əhmədov birinci olub. Ədliyyə Nazirliyinin əməkdaşı Vüsal Cavadov və Gənclər və İdman Nazirliyinin (GİN) əməkdaşı Hüseyn Quliyev müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülüblər. K-2 kateqoriyası üzrə Etibar Əsədov və Elşad Kərimov (hər ikisi SOCAR), Vüsal Cavadov və Samir Kazımov (hər ikisi Ədliyyə Nazirliyi), Özcan Kərimov və Əli Hacıyev (hər ikisi FHN) fərqləniblər.
K-1 kateqoriyası üzrə qadınlar arasında Leyla Əliyeva (FHN) bütün rəqiblərini qabaqlayaraq birinci olub. İlahə Çələbiyeva (GİN) yarışı ikinci, Janna Məmmədova (Xəzər Dəniz Gəmiçiliyi) üçüncü pillədə tamamlayıblar. K-2 kateqoriyası üzrə qarışıq komanda yarışında Janna Məmmədova və Mixail Protasov (hər ikisi Xəzər Dəniz Gəmiçiliyi) yarışı birinci pillədə başa vurublar. Leyla Əliyeva və Rüfət Əhmədov (hər ikisi FHN), İlahə Hacıyeva və Etibar Əsədov (hər ikisi SOCAR) ilk üçlüyü tamamlayıblar.
Bütün nəticələrlə buradan tanış ola bilərsiniz: _
Digər turnirlər
Voleybol
4 may 2026-cı il
Bakı Voleybol MərkəziBasketbol
2-3 may 2026-cı il
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18-19 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman AkademiyasıŞahmat
8 aprel 2026
Respublika Şahmat MərkəziAtletika
12 mart 2026
Bakı Atletika MərkəziMinifutbol
22 noyabr 2025 - 7 may 2026
Üzgüçülük
24 fevral 2026
Su İdmanı SarayıStolüstü tennis
2 fevral 2026
