26 oktyabr 2024
Dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib
Oktyabrın 26-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib. Yarışda 11 dövlət qurumundan 23 kişi, 11 qadın əməkdaş mübarizə aparıb.
Respublika Olimpiya Mərkəzində təşkil olunan tədbirdə qadınlar arasında uzunluğa tullanma yarışında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Zəkiyyə Kərimli birinci olub. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Ümidə Məcmunlu yarışı ikinci, SOCAR-ın əməkdaşı Cəmalə Hüseynli isə üçüncü pillədə başa vurublar. Kişilər arasında Elvin Əlixanov (Ədliyyə Nazirliyi), Yevgeniy Kasilov (FHN), Cavid Rüstəmov (ƏƏSMN) fərqləniblər.
Qadınlar arasında 60 metr məsafəyə qaçışda Zəkiyyə Kərimli (FHN) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Sima Səfərova (FHN) və Cəmalə Hüseynli (SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Akif Əzimov ("AzerGold" QSC), Cavid Rüstəmov (ƏƏSMN), Elvin Əlixanov (Ədliyyə Nazirliyi) ilk üçlüyü tamamlayıblar.
Qadınlar arasında 400 metr məsafəyə qaçışda Sima Səfərova birinci, Leyla Əliyeva ikinci, Mirvari Balabəyli (hər üçü FHN) üçüncü yerdə qərarlaşıblar. Kişilər arasında 800 metr məsafəyə qaçışda Cəlal Süleymanov yarışı birinci, Əli Hacıyev ikinci, İlqar Məmmədov (hər üçü FHN) üçüncü pillədə başa vurublar.
Bütün nəticələrlə buradan tanış ola bilərsiniz:_
Digər turnirlər
Voleybol
4 may 2026-cı il
Bakı Voleybol MərkəziBasketbol
2-3 may 2026-cı il
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18-19 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman AkademiyasıŞahmat
8 aprel 2026
Respublika Şahmat MərkəziAtletika
12 mart 2026
Bakı Atletika MərkəziMinifutbol
22 noyabr 2025 - 7 may 2026
Üzgüçülük
24 fevral 2026
Su İdmanı SarayıStolüstü tennis
2 fevral 2026
