15 iyun 2025
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
İyunun 15-də dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı təşkil olunub. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qolf Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 9 dövlət qurumunu təmsil edən 23 əməkdaş (15 kişi, 8 qadın) iştirak edib.
Yarışın nəticələrinə əsasən, qadınlar arasında birinci yerə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Aysel Kazımova, ikinci yerə SOCAR-ın əməkdaşı İlahə Hacıyeva, üçüncü yerə isə “AzerGold” QSC-nin təmsilçisi Nərgiz Alıyeva layiq görülüblər.
Kişilər arasında qalib adını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Elvin Məmmədov qazanıb. İkinci yerə Dövlət Miqrasiya Xidmətindən Sirac Mahmudov, üçüncü yerə isə Dövlət Gömrük Komitəsinin nümayəndəsi Vasif Qurbanov sahib olublar.
Bütün mərhələlər üzrə nəticələrlə buradan tanış ola bilərsiniz:_
Digər turnirlər
Voleybol
4 may 2026-cı il
Bakı Voleybol MərkəziBasketbol
2-3 may 2026-cı il
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18-19 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman AkademiyasıŞahmat
8 aprel 2026
Respublika Şahmat MərkəziAtletika
12 mart 2026
Bakı Atletika MərkəziMinifutbol
22 noyabr 2025 - 7 may 2026
Üzgüçülük
24 fevral 2026
Su İdmanı SarayıStolüstü tennis
2 fevral 2026
