11 iyun 2025
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib
İyunun 11-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib. Bulvar ərazisində təşkil olunan yarışda qadınlar və kişilər müxtəlif kateqoriyalar üzrə bacarıqlarını nümayiş etdiriblər.
Kişilər arasında tək nəfərlik qayıq yarışının qalibi SOCAR-ı təmsil edən Ehtibar Əsədov olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Elxan Əsədov və Özcan Kərimov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qadınlar arasında keçirilən tək nəfərlik qayıq yarışında Leyla Əliyeva (FHN) birinci yerə layiq görülüb. İlahə Çələbiyeva (Gənclər və İdman Nazirliyi) yarışı ikinci, Mələkxanım Məmmədova (FHN) isə üçüncü pillədə başa vurublar.
Kişilər arasında iki nəfərlik qayıq yarışında SOCAR birinci, GİN ikinci, FHN üçüncü yerə sahib olublar.
Qarışıq komanda (kişilər və qadınlar) yarışında FHN birinci, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ikinci, GİN isə üçüncü yerə layiq görülüblər.
Bütün mərhələlər üzrə nəticələrlə buradan tanış ola bilərsiniz:_
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası