19 iyul 2025
Dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib
İyulun 19-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib. Yarışda 9 dövlət qurumunu təmsil edən 24 kişi və 16 qadın olmaqla, ümumilikdə 40 nəfər bacarığını sınayıb.
Qadınlar arasında 50 metr məsafəyə üzgüçülük yarışında SOCAR-ın əməkdaşı Könül Salayeva birinci yerə layiq görülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri Leyla Əliyeva ikinci, Afaq Sultanova isə üçüncü yeri tutublar.
Kişilər arasında keçirilən 50 metr məsafəyə üzgüçülük yarışının qalibi Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Emil İbrahimov olub. İkinci yeri Stanislav Baykov (SOCAR), üçüncü yeri isə Cavidan Cahangirov (DİN) qazanıblar.
Estafet yarışlarında kişilər arasında birinci yerə DİN, ikinci yerə SOCAR, üçüncü yerə isə FHN layiq görülüblər.
Qadınlar arasında estafet yarışının qalibi FHN olub. İkinci yeri DİN, üçüncü yeri isə SOCAR tutublar.
Qarışıq estafet yarışında birinci yeri FHN, ikinci yeri DİN, üçüncü yeri isə SOCAR qazanıblar.
Bütün mərhələlər üzrə nəticələrlə buradan tanış ola bilərsiniz:_
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası