6 sentyabr 2025
Dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib. Veloparkda təşkil olunan yarışda 10 dövlət qurumunun nümayəndəsi iştirak edib.
Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. Liliya Xametova (SOCAR) ikinci, Arzu Nəbiyeva (Azərbaycan Dəmir Yolları) isə üçüncü yeri tutublar. Kişilər arasında Cəlal Süleymanov (FHN) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavid Xəlilov (FHN) və Ceyhun Məhərrəmli (SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası