11 sentyabr 2025
Dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində sentyabrın 11-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib. Yarışda 11 dövlət qurumunu təmsil edən 42 nəfər (32 kişi, 10 qadın) iştirak edib.
Qadınlar arasında uzunluğa tullanma üzrə Zəkiyyə Kərimli və Əfsanə Mehdiyeva (hər ikisi Fövqəladə Hallar Nazirliyi), eləcə də Esmira Nəsrəddinova (SOCAR) mükafatçılar sırasına düşüblər. Kişilər arasında isə birinci yerə Yevgeniy Kasilov (FHN) sahib çıxıb. Vüsal Rəsulzadə (“AzerGold” QSC) ikinci, Rüstəm Rüstəmov (SOCAR) isə üçüncü olublar.
60 metr məsafəyə qaçışda qadınların yarışında birinci yerə Zəkiyyə Kərimli, ikinci yerə Mələkxanım Məmmədova, üçüncü yerə isə Leyla Əliyeva (hər üçü FHN) layiq görülüblər. Kişilər arasında İlkin Əlizadə, Yevgeniy Kasilov (hər ikisi FHN) və Akif Əzizov (“AzerGold” QSC) fərqləniblər.
400 metr məsafəyə qaçışda qadınlar arasında Mələkxanım Məmmədova birinci, Leyla Əliyeva ikinci, Pəri Rəhimova (hər üçü FHN) isə üçüncü olublar. 800 metr qaçışda kişilər arasında bütün pillələr FHN əməkdaşlarının payına düşüb: Əli Hacıyev qızıl, Cəlal Süleymanov gümüş, İlqar Məmmədov isə bürünc medal qazanıblar.
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası