14 dekabr 2025
Dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində dekabrın 14-də dövlət qurumlarının əməkdaşları arasında güllə atıcılığı yarışı keçirilib. Qəbələ Atıcılıq Klubunda təşkil edilən yarışda 17 dövlət qurumunu təmsil edən ümumilikdə 49 iştirakçı (30 kişi, 19 qadın) mübarizə aparıb.
Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Aynur Ağayeva Məmmədova birinci yerə layiq görülüb. Azərbaycan Hava Yollarını təmsil edən İlhamə Cəfərova ikinci, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Aynur Əsgərova isə üçüncü olublar.
Kişilər arasında Azərbaycan Hava Yollarının nümayəndəsi Ayaz Kərimov qalib adını qazanıb. Eyni qurumdan olan Ramin Əmirov ikinci yeri tutub. Üçüncü yerə isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Fuad Əliyev layiq görülüb.
Bütün nəticələrlə buradan tanış ola bilərsiniz:_
Digər turnirlər
Çimərlik voleybolu
3-4 oktyabr 2026
Su İdmanı Sarayının Avropa Oyunları ParkıVelosiped
6 sentyabr 2026
Velopark ŞıxovKamandan oxatma
13 avqust 2026
İdman-Tennis KompleksiStend atıcılığı
27 iyul 2026
Bakı Atıcılıq MərkəziAvarçəkmə
11 iyun 2026
Dənizkənarı Milli ParkVoleybol
4 may 2026
Bakı Voleybol MərkəziBasketbol
2 may 2026
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman Akademiyası