12 mart 2026
Martın 12-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib. Yarışda 8 dövlət qurumunu təmsil edən 30 nəfər (19 kişi, 11 qadın) iştirak edib.
Qadınlar arasında 60 metr məsafəyə qaçışda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Mələkxanım Məmmədova və Zəkiyyə Kərimli, həmçinin Xarici İşlər Nazirliyinin nümayəndəsi İlkanə Qasımova fərqləniblər. Kişilər arasında 60 metr məsafəyə qaçışda İlkin Əlizadə (FHN) birinci, Gündüz Cəfərzadə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ikinci, Rüstəm Rüstəmov (SOCAR) üçüncü yeri tutublar. Qadınlar arasında 400 metr məsafəyə qaçışda Mələkxanım Məmmədova (FHN) birinci, Sima Səfərova (FHN) ikinci, İlkanə Qasımova (XİN) üçüncü olublar. Kişilər arasında 800 metr məsafəyə qaçışda Cəlal Süleymanov (FHN) birinci, İlqar Məmmədov (FHN) ikinci, Pərviz Aslanov ("AzerGold" QSC) üçüncü yeri tutublar. Qadınlar arasında uzunluğa tullanma yarışında Xalidə Cəfərova (SOCAR) birinci, Zəkiyyə Kərimli (FHN) ikinci, Zərifə Məmmədova (SOCAR) üçüncü pillədə qərarlaşıblar. Kişilər arasında isə Rüstəm Rüstəmov (SOCAR) birinci, Yevgeniy Kasilov (FHN) ikinci, Gündüz Cəfərzadə (ƏƏSMN) üçüncü yerə layiq görülüblər.
Digər turnirlər
Voleybol
4 may 2026-cı il
Bakı Voleybol MərkəziBasketbol
2-3 may 2026-cı il
Avropa Oyunları Parkı (Su İdmanı Sarayı)Bilyard
18-19 aprel 2026
Heydər Əliyev adına İdman-Konsert KompleksiNərd
11 aprel 2026
Azərbaycan İdman AkademiyasıŞahmat
8 aprel 2026
Respublika Şahmat MərkəziMinifutbol
22 noyabr 2025 - 7 may 2026
Üzgüçülük
24 fevral 2026
Su İdmanı SarayıStolüstü tennis
2 fevral 2026
Güllə atıcılığı
14 dekabr 2025
Qəbələ Atıcılıq Klubu