13 dekabr 2024
Dekabrın 13-də Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib. Bakı Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Ardınca Azərbaycan Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bütün komandalara uğurlar arzulayıblar.
Turnir açıq elan edildikdən sonra ilk turun oyunu keçirilib. Baş Prokurorluq ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC qarşılaşıblar. Oyun Baş Prokurorluğun qələbəsi ilə başa çatıb - 5:1.
Son xəbərlər
8 may 2026
Dövlət qurumları arasında IV minifutbol turnirinə yekun vurulub
30 aprel 2026
Finalçılar müəyyənləşib
26 aprel 2026
IV minifutbol turnirinin finalçıları məlum olub
22 aprel 2026
Yarımfinala vəsiqə qazanmış komandalar məlum olub
16 aprel 2026
1/4 finala vəsiqə qazanmış komandalar məlum olub
17 mart 2026
İkinci mərhələnin qrup oyunlarına vəsiqə qazanmış komandalar məlum olub
23 fevral 2026
İlkin mərhələnin pley-off oyunlarına vəsiqə qazanan komandalar məlum olub
22 noyabr 2025
IV minifutbol turnirinə start verildi
19 noyabr 2025
