2 mart 2026
Martın 2-də “İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə media nümayəndələri arasında 3x3 basketbol yarışı keçirilib. Avropa Oyunları Parkında baş tutan yarışda 17 media qurumundan həm kişi, həm də qadın komandaları mübarizə aparıblar.
Qadınlar fərdi yarışaraq topu səbətə atmaqla qalibləri müəyyən ediblər. Teleqraf İnformasiya Agentliyinin əməkdaşları Nərmin Muradova və Röyanə Bəkirli müvafiq olaraq, birinci və ikinci yerləri tutublar. Leyla Eminova (İdman.biz) isə üçüncü yerə layiq görülüb.
Kişilər arasında Xəzər TV-nin əməkdaşları Mehman Rəsulov və Əli Cəfərov, İTV-nin əməkdaşı Nihat İsmayılov, Azerisport.com idman portalının əməkdaşı Mirbağırağa Cəfəridən ibarət “Xəzər” komandası birinci olub. Finaladək yüksələn Kənan Həsənov, Səlcuq Elçin, Tuncay Türbəndəzadə, Nihat Piriyevdən ibarət “Report” İnformasiya Agentliyinin komandası ikinci yeri tutub. Emin Səfərov, Elnur Muxtarlı, Əli Şəyəldiyev (hər üçü - “Teleqraf” İnformasiya Agentliyi) və Asif Nərimanlıdan (Publika.az) ibarət “Teleqraf” komandası isə üçüncü yerə layiq görülüb.
Digər turnirlər
Atletika
12 mart 2026
Bakı Atletika MərkəziMinifutbol
22 noyabr 2025 - 8 may 2026
Üzgüçülük
24 fevral 2026
Su İdmanı SarayıStolüstü tennis
2 fevral 2026
Güllə atıcılığı
14 dekabr 2025
Qəbələ Atıcılıq KlubuBilyard
10-11 oktyabr 2025
Heydər Əliyev adına İdman-Konsert KompleksiAtletika
11 sentyabr 2025
Bakı Atletika MərkəziVelosiped
6 sentyabr 2025
Velopark ŞıxovÇimərlik voleybolu
1 sentyabr 2025
Su İdmanı Sarayı